İmamoğlu: "Bizi çox gözəl günlər gözləyir"
Tarix: 09-03-2023 20:13 | Bölmə: Dünya
İmamoğlu: "Bizi çox gözəl günlər gözləyir"

İstanbul bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu ölkənin vitse-prezidenti vəzifəsinə rəsmən namizəd elan edildikdən sonra ilk dəfə geniş açıqlama verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, o, qarşıda "Milət İttifaqı"nı geniş seçki kampaniyasının gözlədiyini deyib.

Bələdiyyə başçısı kampaniyanın detalları barədə qismən məlumat verdikdən sonra bildirib ki, ölkəni gözəl günlər gözləyir:

"Biz irəliyə baxırıq. Bizi çox gözəl günlər gözləyir. Hazırda biz çox çətin bir dövrdən keçirik. Xüsusilə zəlzələ zonasında baş verənlərə görə. Biz ilk olaraq zəlzələ bölgəsində hörmətli başqanımız və prezidentliyə namizədimiz Kamal Kılıçdaroğlunu, hörmətli Akşener xanımı gözləyəcəyik. Buradan seçki kampaniyamıza başlayacağıq.

Bu yolda həm mən, həm hörmətli Mansur Yavaş olmaq üzrə "6-lı Masa"nın 6 liderinin də namizdənin ölkəmin 13-cü prezidenti olması üçün var gücümüzlə çalışmaya start verdik. Xalqımıza xeyirli olsun".

İmamoğlu "Vitse-prezident vəzifəsinə namizədlə bələdiyyə sədri postunun eyni anda idarəedilməsini hüquqi baxımdan mübahisələndirənlər var. Bununla bağlı nə deyə bilərsiniz", - sualına belə cavab verib: "Bu proseslə bağlı hər hansı fikirim yoxdur. Tək fikrim 14 mayda seçkini qazandıracaq ağlı, strategiyanı, çalışmanı ürəklə ortaya qoyan insan olmaqdır. Mən bu prosesin çalışqan nəfəri olacam. Bunu meydanlarda görəcəksiniz".

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}