Hamburqda atışma: 7 ölü, 24 yaralı
Tarix: 10-03-2023 08:22 | Bölmə: Dünya
Hamburqda atışma: 7 ölü, 24 yaralı

Silahlı insident Alsterdorfdakı dini mərkəzin binasında baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Focus” nəşri məlumat yayıb.

Nəşr yazır ki, atışma nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

Atışma barədə polisə yerli sakinlər xəbər verib.

Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Sakinlərə evlərindən bayıra çıxmamaq tapşırılıb.

Polis hələlik cinayətkarları yaxalaya bilməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}