“Vaqner”çilər AZOM-un ərazisinə daxil olub
Tarix: 10-03-2023 13:06 | Bölmə: Dünya
“Vaqner”çilər AZOM-un ərazisinə daxil olub

Ukraynadakı döyüşlərdə iştirak edən Rusiyanın “Vaqner” qrupunun muzdlu döyüşçüləri Artyomovsk Metal Emalı Zavodunun (AZOM) ərazisinə daxil olub və müəssisənin içərisinə doğru irəliləməyə başlayıblar. Reyting.az xəbər verir ki, bu barədə hərbi müxbir Aleksandr Simonov “Telegram”da bildirib.

Xatırladaq ki, AZOM iri sənaye müəssisidir və onlarla mərtəbələr üçün yerin altından keçən yeraltı kommunal şəbəkələri olan nəhəng ərazidir. Bu ərazidə Rusiya ilə Ukrayna hərbçiləri arasında şiddətli döyüşlər gedir.

Onu da qeyd edək ki, bundan əvvəl “Luqansk Xalq Respublikası”nın xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, Artemivskdən qərbdə hücum əməliyyatları apara bilən Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının sayı artıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}