Zelenski “Sağ sektor”un liderinin dəfninə gəlib
Tarix: 10-03-2023 18:03 | Bölmə: Dünya
Zelenski “Sağ sektor”un liderinin dəfninə gəlib

Ukrayna prezidenti Vladimir Zelenski Artyomovsk altında gedən döyüşlərdə həlak olmuş 67-ci mexanikləşdirilmiş briqadanın komandirinin dəfnində iştirak edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Artyomovskda (ukrayna dilində - Baxmut) həlak olan “Da Vinçi” ləqəbli Dmitri Kosyubaylonun dəfn mərasimində prezident Zelenski ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı, Baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov, müdafiə naziri Aleksey Reznikov, eləcə də Kiyevdə səfərdə olan Finlandiyanın baş naziri Sanna Marin iştirak ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}