18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Britaniya Moldovanı ruslardan qorumağın asan yolunu tapıb
Tarix: 16-03-2023 16:56 | Bölmə: Dünya
Britaniya Moldovanı ruslardan qorumağın asan yolunu tapıb

Moldovanı Rusiyanın hücumundan qorumağın ən yaxşı yolu ona hərbi dəstək göndərmək deyil, Ukraynaya kömək etməkdir.

Reyting.az
CNN-ə istinadla bildirir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

“Biz qəti şəkildə inanırıq ki, Moldovanı fiziki hücumdan qorumağın ən yaxşı yollarından biri ukraynalılara Rusiyanın təcavüzündən qorunmaqda kömək etməkdir”, - xarici işlər naziri Moldovaya rəsmi səfəri zamanı mətbuat konfransında bildirib.

C. Kleverli qeyd edib ki, Rusiyanın bədxah fəaliyyətinin pərdəarxası taktikasını Moldova və Gürcüstandan yaxşı başa düşənlər azdır. "Moskva onların demokratiyasını, suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar pozduğu halda, Böyük Britaniya da sakit oturmayacaq", - C. Kleverli əlavə edib.

Onu da qeyd edək ki, 16-17 mart tarixlərində C. Kleverlinin Gürcüstan və Moldovaya səfəri planlaşdırılır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər