23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
BMT: Rusiya Ukraynada çoxsaylı hərbi cinayətlər törədib
Tarix: 16-03-2023 21:11 | Bölmə: Dünya
BMT: Rusiya Ukraynada çoxsaylı hərbi cinayətlər törədib

Rusiya hakimiyyəti Ukraynanın bir çox yerlərində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur. Reyting.az xəbər verir ki, BMT İnsan Haqları Şurasının rəhbərlik etdiyi və nəticələri cümə axşamı açıqlanan araşdırmada belə deyilir.

Rusiyanın Mariupola zərbə endirməsinin ildönümünə həsr olunmuş hesabatda mülki əhalinin qarət edilməsi, işgəncə verilməsi və öldürülməsi epizodları müharibə cinayətləri kimi qeyd olunur. Rusiyanın potensial humanitar cinayətləri (və ya insanlığa qarşı cinayətlər) minlərlə ukraynalını işıqsız, istiliksiz və susuz qoyub.

Hesabat müəllifləri Ukrayna hakimiyyətinin də bir neçə aşkar qanun pozuntusunu qeyd ediblər, lakin onların bəzilərinin Ukrayna prokurorluğu tərəfindən araşdırıldığını vurğulayıblar.

Qeyd olunur ki, sənəd, məsul şəxslərin cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətə kömək etməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}