Fransada aksiya: 310 nəfər saxlanılıb
Tarix: 17-03-2023 13:22 | Bölmə: Dünya
Fransada aksiya: 310 nəfər saxlanılıb

"Fransada pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 310 nəfər saxlanılıb".

TASS xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

Onun sözlərinə görə, bəzi şəhərlər, o cümlədən Marsel, Nant, Renn və yerli prefekturalar etirazçılar tərəfindən hücuma məruz qalıb.

Ötən gün Fransanın Baş naziri Elizabet Bornun parlamentin təsdiqi olmadan pensiya islahatı haqqında qanun layihəsini qəbul etməklə bağlı qərarından sonra ölkədə etiraz aksiyaları daha da güclənib. Məlumata görə, təkcə Parisdə 258 aksiya iştirakçısı saxlanılıb. Bildirilib ki, saxlanılan etirazçıların sayı kifayət qədər çoxdur/Report

Qeyd edək ki, bir müddət əvvəl saxlanılanların sayının 217 nəfər olduğu barədə xəbər yayılmışdı.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}