18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qasırğa 522 nəfərin ölümünə səbəb olub
Tarix: 19-03-2023 09:37 | Bölmə: Dünya
Qasırğa 522 nəfərin ölümünə səbəb olub

“Freddi” tropik qasırğası Afrikanın 3 ölkəsində – Madaqaskar, Malavi və Mozambikdə 522 nəfərin ölümü ilə nəticələnib.

“Alman dalğası”nın xəbərinə görə, yüz minlərlə insan leysan yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib.

İnsan ölümlərinin əksəriyyəti ən kasıb ölkələrdən biri olan Malavidə qeydə alınıb. Bu ölkədə 438 nəfər ölüb, 345 min nəfər yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib, on minlərlə insan evsiz qalıb. Malavinin cənubunda fövqəladə vəziyyət rejimi elan olunub.

Mozambikdə “Freddi” tropik qasırğası 67 nəfərin ölümünə səbəb olub. Madaqaskarda isə 17 nəfər həyatını itirib.

Qeyd edək ki, fevralın 21-də Hind okeanı üzərində formalaşan “Freddi” tropik qasırğası öncə Madaqaskarda dağıntılara yol açıb. Daha sonra Madaqaskar adasından Afrika qitəsinə yer dəyişib, daha sonra yenidən adanı vurub. Martın 11-də qasırğa Mozambik və Malavidə dağıntılara yol açıb. Beləliklə, qasırğa 1 ay ərzində davam edib. Dünya Meteoroloji Təşkilatının məlumatına görə, bu, müşahidələrin aparıldığı dövrdə ən uzun müddət davam edən qasırğadır.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər