18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Politoloq: "İsraildə vətəndaş müharibəsi tam real perspektivdir"
Tarix: 27-03-2023 17:15 | Bölmə: Dünya
Politoloq: "İsraildə vətəndaş müharibəsi tam real perspektivdir"

Xəbər verildiyi kimi, İsraildə məhkəmə islahatına etiraz olaraq 100 minə yaxın insan etiraz edir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, az əvvəl etirazçılar ölkə parlamentinin binasını ələ keçirib.

Bundan əvvəl prezdent İsax Hersoq Baş nazir Netanyahudan bu islahat paketini geri çəkməyi istəyib.

Bəs, əslində İsraildə nə baş verir?

Mövzu ilə bağlı qısa açıqlama verən polistoloq Şahin Cəfərlinin sözlərinə görə, əslində, ölkədə dünyəvi-sekulyar yəhudilərlə qatı dindar yəhudiləri (ultraortodoks) arasında savaş gedir: "Qəsaza deyim ki, ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri əzəcək; ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim quracaq. Üçüncü yol görünmür, bu 2 tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir".

Politoloq bildirib ki, ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün həyati təhdiddir: "Hazırkı böhran yoluna qoyulsa belə, "kim kimi" sualı gec-tez mütləq öz həllini tapmalıdır. Yəni, vətəndaş müharibəsi tam real perspektivdir".

Qeyd edək ki, bu gün qatı dündar qüvvələr də hökumətin əleyhinə çıxan etirazçılara qarşı öz tərəfdarlarını meydanalara səsləyib.


E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər