18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Keçmiş və indiki prezidentlər gələcəklə bağlı razılaşa bilmir
Tarix: 28-03-2023 08:14 | Bölmə: Dünya
Keçmiş və indiki prezidentlər gələcəklə bağlı razılaşa bilmir
Dodon və Sandu

Moldovanın hazırkı və keçmiş prezidentləri arasında ölkənin gələcək inkişafı ilə bağlı fikir ayrılığı mövcuddur.

Reyting.az
-ın yerli media portallarına istinadla verdiyi xəbərə görə, N4 telekanalına müsahibəsində eks-prezident İqor Dodon deyib ki, geosiyasi nöqteyi-nəzərdən Moldovanın Avrasiya vektoruna yaxın olması daha sərfəlidir.

Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Maya Sandu bəyan etmişdi ki, Avrasiya vektoru və MDB çərçivəsində inteqrasiya ölkəsinin inkişafı ilə bağlı ümidləri doğrultmur. O, ictimaiyyətə Moldovanın 2030-cu ilədək Avropa İttifaqına daxil olacağına dair planını təqdim edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər