18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya Ermənistana xəbərdarlıq edib
Tarix: 28-03-2023 11:39 | Bölmə: Dünya
Rusiya Ermənistana xəbərdarlıq edib

Rusiyanın Ukrayna qarşı müharibəsi davam edir. Soledardan sonra qanlı döyüşlərin ünvanı Baxmutdur.

Reyting.az
xatırladır ki, Baxmut uğrunda qanlı döyüşlərin getdiyi bir vaxtda Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukraynada minlərlə uşağı Rusiyaya qaçırmaq ittihamı ilə prezident Putini cinayətkar elan edərək axtarışa verib.

Məhkəmə qərarına reaksiyalar davam edərkən Ermənistan gözlənilməz addım atıb. Rəsmi İrəvan BCM-nin üzvü olmaq üçün Roma Statusunu qəbul etmək istəyir. Moskva isə İrəvanın bu hərəkətinə sərt reaksiya verib.

Rusiya XİN-dən olan qaynaq "RİA Novosti” agentliyinə deyib ki, Ermənistanın məhkəmə tərəfi olması qəbuledilməzdir. Mənbə bu addımın ikili münasibətlərə ciddi təsir edəcəyini bildirib.

Xatırladaq ki, Rusiya ilə tarixi müttəfiqi Ermənistan arasında münasibətlər Ukrayna savaşının başlaması ilə daha gərgin mərhələyə daxil olub. Bundan başqa, İrəvan Rusiyanın Qarabağ məsələsində Ermənistana lazımi dəstək vermədiyini iddia edir.

Qeyd edək ki, Ermənistan Ali Məhkəməsi Roma Statusuna razılıq verib. Növbəti addım parlamentin anlaşmanı təsdiq etməsi mərhələsidir. Əgər bu baş verərsə, Putinin Ermənistana səfəri zamanı həbsinə hüquqi əsaslar yaranacaq.

Onu da qeyd edək ki, Putinin yaxın aylarda Türkiyə və Cənubi Afrika Respublikasına səfəri gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər