18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Üç partiya Ərdoğanın namizədliyinin ləğvini tələb edir
Tarix: 28-03-2023 13:16 | Bölmə: Dünya
Üç partiya Ərdoğanın namizədliyinin ləğvini tələb edir

Üç partiyanın - İYİ, DEVA və Məmləkət partiyalarının Ərdoğanın üçüncü dəfə prezidentliyə namizəd olmasına etirazına hakim AK Partiyadan reaksiya verilib.

Reyting.az
Türkiyə mediasına istnadla bildirir ki, üç partiyanın Ərdoğanın namizədliyinin ləğvi üçün MSK-ya (YSK) müraciətlərini əsassız sayan AK Partiyanın sözçüsü Ömər Çelik namizədliyin qeydə alınmasından sonra atılan bu addımın gülüş doğurduğunu deyib:

"Prezidentimizin namizədliyinin qarşısında heç bir maneə yoxdur. Bu cür açıqlamalar siyasət qurmağa çalışan masaların gizli ortağının çirkin gedişləridir. Bunlar bizi yolumuzdan saxlaya bilməz".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər