Lissabonda müsəlmanların dini mərkəzinə hücum olub, ölənlər var
Tarix: 28-03-2023 15:38 | Bölmə: Dünya
Lissabonda müsəlmanların dini mərkəzinə hücum olub, ölənlər var

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanların “İsmaili” dini mərkəzinə bıçaqlı hücum nəticəsində azı iki nəfər ölüb.

“CNN Portugal” xəbər verir ki, bu barədə məlumat Portuqaliya polisi tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, hücumu törədən və milliyəti əfqanıstanlı olduğu güman edilən şəxs hadisə yerində zərərsizləşdirilib.

Polisdən hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}