Meksikada 13 yaşlı şagird bir müəllimi öldürüb, 3-nü yaralayıb
Tarix: 28-03-2023 16:42 | Bölmə: Dünya
Meksikada 13 yaşlı şagird bir müəllimi öldürüb, 3-nü yaralayıb

Meksikanın ən böyük şəhərlərindən biri olan San-Pauluda Tomazia Montoro məktəbinə bıçaqlı hücum olub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu gün yerli vaxtla saat 07:20 radələrində məktəbə gələn 13 yaşlı şagird 71 yaşlı müəllimini bıçaqlayaraq öldürüb.

Məlumata görə, o, daha sonra 3 müəllimi yaralayıb: "Hadisə zamanı o, məktəbdə qarşısına çıxan dah aiki nəfərə də bıçaq zərbəsi vurub. Bununla da bir müəllimi öldüərn 13 yaşlı uşaq daha 5 nəfərə xəsarətlər yetirib".

San Paulo əyalətinin qubernatoru Tarcisio de Freitas sosial media hesabından yazıb ki, şagird nəzarətə götürülüb, ölən və yaralananların ailələrnə dəstək olmağa çalışırlar.

Məlumata görə, 13 yaşlı şagirdin belə vəhşət saçmasına səbəb onun dünın bir şagirdlə mübahisəsinə müəlliminin müdaxiləsi olub: "Şagird müəlliminin onları ayırıb, danmamasını qəbul edə bilməyib...".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}