Ukrayna: ruslar yaşayış məntəqələrinə hücumu davam etdirir
Tarix: 28-03-2023 20:53 | Bölmə: Dünya
Ukrayna: ruslar yaşayış məntəqələrinə hücumu davam etdirir

Rusiya qoşunları Ukraynanın Liman, Baxmut, Avdeyev və Maryinski istiqamətlərində növbəti hücuma hazırlaşır. Reyting.az xəbər verir ki, bu
barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında bildirilir.


Məlumata görə, Beloqorivka, Baxmut, Avdiivka, Maryinka yaşayış məntəqələri və ətraf ərazilər döyüş əməliyyatlarının episentridir. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri göstərilən istiqamətlərdə gün ərzində 24 hücumu dəf edib.

Qeyd olunur ki, rusların Baxmut şəhərinə çoxsaylı hücumunun qarşısı alınır.

Baş Qərargah bildirir ki, rus qoşunları gün ərzində Donetsk vilayətinin Orexovo-Vasilyevka, İvanovskoye, Ozaryanovka və digər yaşayış məntəqələrində uğursuz hücum əməliyyatları keçirib.

Rus ordusunun Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir çox yaşayış məntəqələrinə artilleriya atəşini davam etdirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}