Ankara Ağ evə xəbərdarlıq edir...
Tarix: 29-03-2023 08:34 | Bölmə: Dünya
Ankara Ağ evə xəbərdarlıq edir...

Birləşmiş Ştatların bu gün yeritdiyi yanlış siyasət onu acınacaqlı sonluğa aparıb çıxara bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin “Yeni şəfəq” qəzeti geniş məqalə dərc edib.

“Birləşmiş Ştatlar özünü “Amerika imperiyası” hesab edir, amma unudur ki, o da Qədim Roma imperiyası kimi bir gün dağıla bilər. Hətta İraqa müdaxiləsinin üstündən üç onillik keçəndən sonra da Vaşinqton səhvini, törətdiyi hərbi cinayəti etiraf eləməyə tələsmir. Bu ərəb ölkəsinə basqın üçün Ağ evə bəhanə lazım idi və bunu Bağdadın kütləvi qırğın silahına malik olması qismində tapdı. Amma sonra məlum oldu ki, İraqın belə bir silahı yoxdur və bunu Ağ evin o zamanki sahibi oğul Corc Buş və onun ətrafı çox yaxşı bilirdi”,- qəzet şərh edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}