18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
TikTokdan sonra Telegram da qadağan olunacaq
Tarix: 29-03-2023 16:43 | Bölmə: Dünya
TikTokdan sonra Telegram da qadağan olunacaq

Hollandiya hökumətinin ardınca Amsterdam bələdiyyəsi də dövlət qulluqçularının iş telefonlarında TikTok tətbiqini qadağan etmək niyyətindədir. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, TikTok-dan sonra növbəti qadağa Telegram-a ola bilər.

Məlumata görə, Amsterdam bələdiyyəsinin üzvü Turia Meliani şəhər şurasına məktubunda yazıb ki, şəhər dövlət qulluqçularının iş mobil telefonlarında TikTok istifadəsini qadağan etmək istəyir. Beləliklə, bələdiyyə ölkənin Nazirlər Kabinetindən nümunə götürmək qərarına gəlib.

Bildirilir ki, Amsterdam bu cür tətbiqlərdən imtina etməklə şəxsi məlumatların "potensial təhlükəsizlik riskinin" qarşısını almaq istəyir.

Şəhər rəsmiləri Telegram kimi digər proqramların da tezliklə qadağan olunacağını istisna etmirlər.

Məktubda deyilir ki, şəhər rəhbərləri şəhər şurası üzvlərinə “tətbiqi mümkün qədər tez silməyi” tapşıracaq və TikTok-u telefonlardan siləcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər