18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Müxalifət hökumət üzvlərinin həbsini tələb edir
Tarix: 29-03-2023 19:46 | Bölmə: Dünya
Müxalifət hökumət üzvlərinin həbsini tələb edir

Slovakiyanın ən böyük müxalifət partiyası ölkənin hazırkı hökumət üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəmədə iddia qaldırıb. Buna səbəb parlamentin razılığı olmadan Kiyevə MiQ-29 qırıcılarının verilməsidir. Reyting.az-ın xəbərinə görə, bunu “Der Spiegel” nəşri yazıb.

“Kurs-Sosial Demokratiya” partiyasının lideri və keçmiş baş nazir Robert Fikonun sözlərinə görə, hökumət belə fundamental xarici siyasət və hərbi qərarlar qəbul etmək səlahiyyətinə malik deyil. O, Ukraynaya son silah tədarükünün ölkə konstitusiyasına zidd olduğunu bildirib.

Onu da qeyd edək ki, martın 17-də baş nazir Eduard Heqerin rəhbərlik etdiyi sağçı mühafizəkar hökumət Ukraynaya Sovet istehsalı olan 13 MiQ-29 qırıcısının verilməsi barədə qərar imzalayıb. Martın 23-də isə onlardan dördü Ukraynaya çatdırılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər