Almaniya Ukraynaya əlavə 12 milyard avroluq hərbi yardım verəcək
Tarix: 29-03-2023 22:49 | Bölmə: Dünya
Almaniya Ukraynaya əlavə 12 milyard avroluq hərbi yardım verəcək

Almaniya hökuməti Ukraynaya 12 milyard avro məbləğində əlavə hərbi yardım edəcək. Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata görə, Almaniya Bundestaqının büdcə komitəsi Müdafiə və Xarici İşlər Nazirliyinin gözlənilməz hallar üçün pul ayrılması ilə bağlı müraciətini təsdiqləyib.

Əlavə maliyyələşdirməyə 2023-cü ildə 3,2 milyard avro, eləcə də 2024-2032-ci illər üçün 8,8 milyard avro kredit xətləri daxildir.

“Bu məbləğə Ukrayna Almaniya hökumətinin dəstəyi ilə birbaşa silah ala biləcək. Lazım olduğu müddətə qədər Ukraynanı dəstəkləmək vacibdir”, - koalisiya hökumətində partiyaları təmsil edən üç siyasətçinin bəyanatında deyilir.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan Almaniya hökuməti Ukraynaya dəstək üçün 14,2 milyard avrodan çox vəsait ayırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}