Xəstə 4 saatlıq beyin əməliyyatında gitara çalıb
Tarix: 29-03-2023 22:53 | Bölmə: Dünya
Xəstə 4 saatlıq beyin əməliyyatında gitara çalıb

Meksikanın Nayarit əyalətinin Tepic şəhərində beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi aparılan əməliyyat zamanı 4 saat gitara çalıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu unikal əməliyyatla bağlı açıqlama verən cərrah Celia Teresa Alvarez xəstəsinin proses boyu heç bir ağrı hiss etmədiyini bildirib: "Bizə uzun və gərgin əməliyyat zamanı onun beynin açıq olması lazım idi. Bu səbəbdən, ona "bəlkə sənətinə uyğun gitara ifa edəsən?" - dedik. Razılaşdı. Deyə bilərəm ki, bu, bizim uğurlu əməliyyatımıza ciddi təsir etdi".

Həkimin sözlərinə görə, xəstə iki həftə içində fəaliyyət qabiliyyətini tam bərpa edəcək.

AZƏR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}