“Avropa Moskva-Kiyev dialoquna yardım etməlidir” - Deputat
Tarix: 30-03-2023 08:55 | Bölmə: Dünya
“Avropa Moskva-Kiyev dialoquna yardım etməlidir”

Macarıstan parlamentinin vitse-spikeri Avropa ölkələrini Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına dəstək verməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Macarıstan parlamentinin vitse-spikeri Dora Duro Avropa ölkələrinin Ukraynada hərbi münaqişənin başa çatmasında maraqlı olduqlarını bəyan edib.

Macar siyasətçinin sözlərinə görə, anti-Rusiya sanksiyalarının dəstəklənməsi və Ukrayna münaqişəsinin uzanması Avropa Birliyinə üzv ölkələr üçün faydalı deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}