Filippində gəmidə yanğın: 31 ölü, 14 yaralı - Yenilənib
Tarix: 30-03-2023 10:01 | Bölmə: Dünya
Filippində gəmidə yanğın: 31 ölü, 14 yaralı

Filippinin cənub sərnişin gəmisində baş vermiş yanğında azı 12 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABS-CBN telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gecə Filippinin Basilan əyalətinin sahil sularında kommersiya gəmisində baş vermiş yanğın nəticəsində üçü azyaşlı olmaqla 12 sərnişin həlak olub, daha 14 nəfər isə yaralanıb.

Baluk-Baluk adası yaxınlığında üzən “Lady Mary Joy” gəmisinin göyərtəsində ən azı 200 sərnişinin olduğu, onların əksəriyyətinin xilas edildiyi bildirilir.

***

Filippində gəminin yanması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

TASS xəbər verir ki, Basilan vilayətinin qubernatoru Cim Xataman-Salliman ölənlər arasında 3 uşağın da olduğunu deyib.

Ümumilikdə, "Lady Mary Joy 3" gəmisinin göyərtəsində 250 sərnişin olub. Onlardan 230-u xilas edilib, daha 7 nəfərin axtarışı isə davam edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}