Türkiyə bayrağının endirilməsi qalmaqala səbəb olub
Tarix: 30-03-2023 12:30 | Bölmə: Dünya
Türkiyə bayrağının endirilməsi qalmaqala səbəb olub

Cənubi Kiprin sahil şəhəri Pafos qalmaqallı hadisəyə ev sahibliyi edib. Çünki beynəlxalq velosiped yarışı çərçivəsində asılan Türkiyə bayrağı endirilib.

Reyting.az
xəbər verir ki, Pafos şəhərində 39 ölkə təmsilçisinin qatılacağı velosiped yarışı üçün həmin ölkələrin bayraqları asılsa da, Türkiyə bayrağı etirazlara səbəb olub. Bundan sonra Türkiyə bayrağı bələdiyyə məclisi üzvləri tərəfindən endirilib.

Yunan mətbuatı yazır ki, Türkiyə bayrağının asılması şəhərdə böyük reaksiyalara səbəb olub, bir çox insan bələdiyyəni ittiham edib.

Xatırladaq ki, bundan əvvəl Kipr problemi ilə bağlı konfrans keçirmək üçün İngiltərənin paytaxtı Londona gedən Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatarın karvanına bir qrup şəxs hücuma cəhd edib.

Yunan tələbə qrupu Kings kollecindəki konfransa gedən Tatarın avtomobilini ələ keçirməyə çalışıb. Əllərində Kipr Rum Administrasiyası (KKİ) və Yunanıstanın bayraqlarını tutan qrup, Tatarın konvoyunun keçidi zamanı şüarlar da səsləndiriblər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}