Prezidentliyə namizəd Kılıçdaroğlunun xeyrinə geri çəkilir - Sensasiyalı iddia
Tarix: 30-03-2023 15:14 | Bölmə: Dünya
Prezidentliyə namizəd Kılıçdaroğlunun xeyrinə geri çəkilir - Sensasiyalı iddia

Prezidentliyə namizəd, Məmləkət partiyasının sədri bu axşam Kamal Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürəcək.

Reyting.az
xəbər verir ki, bu sensasiyalı iddia Türkiyənin Haberler.com saytında dərc olunan yazıda yer alıb.

Bildirilib ki, Məhərrəm İncə dünən Kamal Kılıçdaroğlu ilə görüşdə ona təklıif olunan vədi qəbul edib: "İncə CHP-nin ona təklif etdiyi təhsil naziri vəzifəsi ilə yanaşı, partiyasına 3 deputat mandatı müsbət qarşılanıb. Onun bu axşam CHP ilə razılaşdığı kimi, rəsmən seçkidən geri çkildiyini və Kılıçdaroğluna dəstək çağırışı edəcəyi gözlənilir".

Xatırladaq ki, dünən Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Məhərrəm İncə ilə görüşüb.

Təxminən 1 saat çəkən görüşdən sonra hər iki prezidentliyə namizədlər mətbuata açıqlamalar veriblər.

Kamal Kılıçdaroğlu Məhərrəm bəyə qəbul üçün təşəkkür edib. Bildirib ki, Xəlil İbrahim süfrəsini böyütməyə çalışır: "Bərabər olmaya çalışırıq"

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}