Slovakiyadan göndərilən qırıcılar ruslara qarşı döyüşə başlayıb
Tarix: 30-03-2023 17:09 | Bölmə: Dünya
Slovakiyadan göndərilən qırıcılar ruslara qarşı döyüşə başlayıb

Ötən həftə Slovakiyadan Ukraynaya göndərilən MiQ-29 qırıcıları artıq Xarkovu müdafiəsinə başlayıb. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu Slovakiya parlamentində çıxışı zamanı Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk bildirib.

Y. Kondratyuk slovakiyalı deputatlara müraciətində "Həyatları aviasiya tərəfindən qorunan bütün ukraynalılar adından sizə minnətdaram",- deyib.

Kondratyuk həmçinin Ukraynanın aldığı yardımın qalan hissəsinə - humanitar ləvazimatlar, silahlar, beynəlxalq səviyyədə dəstəyə görə Slovakiyaya təşəkkür edib.

Vitse-spiker ayrıca Rusiyanı terrorçu dövlət kimi tanımaq qərarına və Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılmasını tələb edən qətnaməyə görə Slovakiya parlamentinə minnətdarlığını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}