ABŞ-da helikopter qəzası: 9 ölü
Tarix: 30-03-2023 18:12 | Bölmə: Dünya
ABŞ-da helikopter qəzası: 9 ölü

ABŞ-ın Kentukki ştatında iki helikopterin göydə toqquşması nəticəsində 9 hərbçi həyatını itirib.

Reyting.az
xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilir ki, Kentukki ştatının Triqq dairəsində ABŞ Silahlı Qüvvələri 101-ci hava-desant diviziyasına məxsus “Black Hawk” tipli iki helikopter təlim zamanı toqquşub. Hava qəzasında ən azı 9 hərbçi həlak olub.

Telekanalın məlumatında o da qeyd edilir ki, pilotlar plana uyğun təlim uçuşlarını yerinə yetirirmiş.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}