23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq
Tarix: 31-03-2023 15:54 | Bölmə: Dünya
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq

Finlandiya yaxın günlərdə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 31-ci üzvü olacaq. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y. Stoltenberq Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın NATO-ya üzvlüyünə dair Protokolun ratifikasiyası ilə bağlı səsverməsini xüsusi alqışlayıb.

Məlumata görə, NATO-ya üzv olan 30 ölkənin hamısı müvafiq protokolu ratifikasiya edib.

Finlandiya prezidentini bu tarixi hadisə münasibətilə təbrik etdiyini deyən Stoltenberq bildirib ki, yaxın günlərdə Finlandiya rəsmi olaraq Alyansa qoşulacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}