18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Medvedev Ukraynaya göndəriləcək sülməramlıları Rusiyanın düşməni elan edib
Tarix: 31-03-2023 17:56 | Bölmə: Dünya
Medvedev Ukraynaya göndəriləcək sülməramlıları Rusiyanın düşməni elan edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Ukraynaya sülhməramlıların göndərilməsi ideyasına münasibət bildirib. Reyting.az-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, D. Medvedev bu ideyanı tənqid edərək bildirib ki, sülhməramlı kontingent Rusiya Federasiyası üçün “birbaşa düşməndir” və Rusiya ordusunun “qanuni hədəfi” olacaqlar.

D. Medvedev bu cür “sülhməramlıları" qoyun dərisinə bürünmüş canavarlarla müqayisə edib: “Onlar Rusiyanın razılığı olmadan, əllərində silahla cəbhə xəttinə yerləşdirilsələr, Silahlı Qüvvələrimizin qanuni hədəfi olacaqlar”.

Onu da qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban sülhməramlılarla bağlı təşəbbüsün Qərbdə müzakirə edildiyini açıqlamışdı.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər