Çin nüvə silahını başqa ölkəyə verməyin əleyhinədir
Tarix: 31-03-2023 20:46 | Bölmə: Dünya
Çin nüvə silahını başqa ölkəyə verməyin əleyhinədir

Rəsmi Pekin nüvə silahının ikinci ölkələrə verilməsinin və onun öz ərazisindən kənarda yerləşdirilməsinin əleyhinə olduğunu açıqlayıb.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bununla bağlı ÇXR-ın BMT yanında daimi nümayəndəsinin müavini Gen Şuan açıqlama verib:

“Biz nüvə silahına qadağa qoyulmasının tərəfdarıyıq. Heç bir nüvə ölkəsinin bu silahı sərhədindən kənara verməsini və onu öz ölkəsinin sərhədinin o üzündə yerləşdirməsini doğru saymırıq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}