18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rekord ödəniş: dünyanın ən varlı adamı ölüb?
Tarix: 01-04-2023 23:06 | Bölmə: Dünya
Rekord ödəniş: dünyanın ən varlı adamı ölüb?

ABŞ Maliyyə Nazirliyinə yüksək məbləğdə vergi ödəməsi bir çoxlarını "dünyanın ən zəngin 100 adamı" siyahısına daxil olan milyarderlərdən birinin öldüyünü düşünməyə vadar edib.

Reyting.az
xəbər verir ki, nazirlik məxfilik səbəbi ilə ödənişi edən vergi ödəyicisinin adını açıqlamasa da, bir çoxları milyarderin həyatını itirdiyini və bu ölümün diqqətdən kənarda qala biləcəyini düşünür.

ABŞ Maliyyə Nazirliyinin 28 fevral 2023-cü il tarixində 7 milyard dollar miras və hədiyyə vergisi ödəməsi aldığını açıqlaması hər kəsi təəccübləndirən bir faktı ortaya qoyub.

Ödənişin çox yüksək - 7 milyard dollar olması onu göstərir ki, ödənişi edən şəxs dünyanın ən zəngin 100 adamından biri ola bilər. Mütəxəssislər vergi ödəməsinin arxasında ölüm, hədiyyə və ya boşanma ola biləcəyini düşünsələr də, bir çoxları milyarderin həyatını itirdiyini və bu ölümün təəccüblü şəkildə hər kəsin diqqətindən yayındığını düşünür.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər