18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsveç Türkiyənin tələb etdiyi şəxsi geri qaytarır
Tarix: 02-04-2023 11:27 | Bölmə: Dünya
İsveç Türkiyənin tələb etdiyi şəxsi geri qaytarır

Finlandiyanın NATO-ya üzvlüyü üçün heç bir maneə yoxdur və buna paralel olaraq İsveç də üzvlük üçün səylərini artırır.

Reyting.az
bildirir ki, İsveç hökuməti Ali Məhkəmənin qərarı ilə daha bir şəxsin Türkiyəyə ekstradisiyasına qərar verib.

Xatırladaq ki, hazırda İsveç-Türkiyə münasibətləri elə də hamar deyil, İsveç Ankaranın tələb etdiyi terrorçuları vermək istəmir.

Belə bir ərəfədə İsveç Ali Məhkəməsi Türkiyənin tələb etdiyi şəxslə bağlı qərar verib. Bildirilir ki, adı açıqlanmayan 29 yaşlı şəxs dələduzluq əməlinə görə mühakimə olunsa da, siyasi təqiblə üzləşəcəyini iddia edir və Türkiyəyə ekstradisiya olunmaq istəmir.

Amma ötən ilin sentyabr ayından həbsdə olan bu şəxsin mühakimə olunduğu 5 ağırlaşdırılmış dələduzluq ittihamı ilə Türkiyə prokuroru tərəfindən ekstradisiyası tələb olunur.

Türkiyədə FETÖ ilə əlaqədə ittiham olunan şəxslə bağlı Ali Məhkəmə bildirir:

“Onun 2017-ci il hadisələrindən sonra da Türkiyəni bir neçə dəfə tərk etdiyi, sonra öz istəyi ilə geri dönərək orada qaldığı anlaşılır. Bu, onun siyasi baxışlarına görə təqib riski ilə ziddiyyət təşkil edir".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər