Stoltenberq: “Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”
Tarix: 03-04-2023 17:44 | Bölmə: Dünya
Stoltenberq: “Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”

“Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyətini açıqlaması Qərbi qorxutmaq cəhdidir:

“Rusiya istəyir ki, biz Ukraynaya dəstəyi dayandıraq. Amma belə olmayacaq. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

O qeyd edib ki, NATO ayıq-sayıq qalacaq və Rusiyanın gördüyü işləri diqqətlə izləməyə davam edəcək.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. Belarus prezidenti Aleksandr Lukaşanko martın 31-də bunu təsdiqləmişdi və nüvə-taktiki silahının yerləşdirilməsi üçün Belarusda müvafiq şəraitin yaradıldığını söyləmişdi.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}