18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib
Tarix: 04-04-2023 14:37 | Bölmə: Dünya
Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib

"Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”.

TASS-ın xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu kompleks adi və nüvə raketlərindən istifadə edə bilər:

“Aprelin 3-dən Rusiya poliqonunda Belarus ekipajlarına İttifaq dövlətini qorumaq üçün komplekslərdən istifadə qaydası üzrə təlimlər başlayıb”.

S. Şoyqu həmçinin söyləyib ki, NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda Finlandiya da Alyansa üzv olacaq. Bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin bu, xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər