18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vitse-kansler Ukraynadan üzr istəyib
Tarix: 04-04-2023 18:17 | Bölmə: Dünya
Vitse-kansler Ukraynadan üzr istəyib

AFR-in İqtisadiyyat və ətraf mühitin mühafizəsi naziri, vitse-kansler Robert Xabek silahla təchizatda gecikməyə görə Kiyevdən üzr istədiyini açıqlayıb.

Reyting.az
bildirir ki, bu barədə “Obozrevatel” saytı məlumat yayıb.

R. Xabek Ukrayna Prezidenti V. Zelenskiyə müraciətində deyib:

“Siz mənə, eləcə də kabinetin digər üzvlərinə müharibə təhlükəsinin real olduğunu bildirdiniz. Həmin vaxt biz Almaniyada Ukraynanı silah yardımı ilə dəstəkləmək məsələsini müzakirə edirdik. O zaman Berlin bunu etməyi ya bacarmırdı, ya da istəmirdi. Bütün bunlara görə mən çox utanıram. Amma ötən il işimin əsas hissəsini Ukraynaya mümkün qədər tez və maksimum miqdarda silah-sursat çatdırmaq təşkil edib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər