Ermənistan dağlıq ərazidə təlimə başlayıb
Tarix: 05-04-2023 12:56 | Bölmə: Dünya
Ermənistan dağlıq ərazidə təlimə başlayıb

Ermənistandakı Cənub Hərbi Dairəsinin (CQD) hərbi bazasının aviasiyası nəzarət yoxlaması çərçivəsində yüksək dağlıq ərazidə hərbi təlimə başlayıb.

Reyting.az
bildirir ki, bu barədə Ermənistan ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, helikopter ekipajlarına dağlıq ərazidə “düşmən” qüvvələrini məhv etmək tapşırığı verilib.

Bildirilib ki, üç min metrədək məsafədə müxtəlif növ hədəflərə aviasiya silahından atəş açılıb: "Döyüş hazırlığı növbələri gündüz və gecə, gecəgörmə cihazları ilə həyata keçirilib".

Məlumatda qeyd olunur ki, nəzarət yoxlamalarına uçuş və mühəndis-texniki heyətin 130-dan çox hərbi qulluqçusu qatılıb, 20-yə yaxın hərbi və xüsusi texnika, o cümlədən Mi-8, MTV-5 və Ka-52 ordu aviasiya helikopterləri cəlb olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}