18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"Trabzonspor"un keçmş məşqçisi: "Əgər Ərdoğanın kürəkəni həmin mübahisədən danışmaq istəyirsə..."
Tarix: 05-04-2023 14:20 | Bölmə: Dünya
"Trabzonspor"un keçmş məşqçisi: "Əgər Ərdoğanın kürəkəni həmin mübahisədən danışmaq istəyirsə..."

İYİ Partiyasından millət vəkiliyinə namizəd olan məşhur məşqçi Ünal Karaman keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakla polemika barədə suala qəzəbli cavab verib.

Reyting.az
-ın məlumatına görə, o, vaxtı ilə "Trabzonspor"dan istefaya göndərilməsi barədə suala cavab vermək istəməyib:

"Belə polemikaya ehtiyac yoxdur. Mən keçmişə dönüb nəsə demək istəmirəm. Əgər Berat Albayrak bir gün yanımda oturub, o vaxt baş verənləri danışmaq istəsə, danışaram".

Xatırladaq ki, Ərdoğanın kürəkəni olan keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın "Trabzonspor"un "Dənizlispor"a 2:1 hesabı ilə uduzduğu matçdan sonra komandanın məşqçisi olan Ünal Karamana "Bu, necə futbol oynatmaqdır?" iradını tutub. İddiaya görə, Karaman bunun qarşılığımda ona "Səndən soruşuruq ki, bu, necə bir iqtisadiyyatdır?",- cavabını verib. Məlumata görə, bundan sonra B. Albayrakın "Liqanın ilk yarısı bitər-bitməz Ü. Karamanı göndərin",- deyə klub rəhbərliyinə təlimat verdiyi deyilir.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}