İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfir təyin edib
Tarix: 05-04-2023 18:13 | Bölmə: Dünya
İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfir təyin edib

İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfir təyin edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu vəzifəyə Rza Əmirini Əbu-Dabiyə səfir təyin olunub.

Qeyd olunub ki, Amiri tezliklə yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.

Məlumata görə, bu vəzifəyədək Xarici İşlər Nazirliyinin xaricdəki iranlıların baş direktoru olan Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib. Edamlara sərt reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb.

Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehran səfiri vəzifəsində çalışmış Seyf Məhəmməd Ubeyd əz-Zəbini ölkəsinə geri çağırıb.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}