Bolqarıstan limanlarını Rusiya gəmilərinə tamamilə bağlayır
Tarix: 06-04-2023 07:05 | Bölmə: Dünya
Bolqarıstan limanlarını Rusiya gəmilərinə tamamilə bağlayır

Bolqarıstan Rusiya gəmilərinin ölkəyə girişi üçün bütün limanlarını bağlamaq qərarına gəlib. Reyting.az xəbər verir ki, bu barədə “PortSEurope” yazıb.

Məlumata görə, Bolqarıstanın qadağası Avropa İttifaqının sanksiyalar direktivinin bir hissəsi kimi tətbiq edilir.

Qadağa aprelin 8-dən qüvvəyə minir və Rusiyanın Dəniz Gəmiçilik Reyestrində olan bütün gəmilərə şamil ediləcək.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti ötən il aprelin 17-dən Rusiya bayrağı altında üzən gəmilərin öz limanlarına girişinə qadağa qoyub. Bu tədbir beşinci ümumavropa sanksiyalar paketi ilə nəzərdə tutulmuşdu. Lakin indiki qadağa digər ölkələrin bayraqları altında üzən Rusiya gəmilərini də əhatə edəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}