Ərdoğan "Dəmirtaşı azad edəcəyik" deyən Kılıçdaroğluya qəzəblənib
Tarix: 06-04-2023 10:33 | Bölmə: Dünya
Ərdoğan "Dəmirtaşı azad edəcəyik" deyən Kılıçdaroğluya qəzəblənib

Dünən axşam qatıldığı verilişdə gündəmi dəyərləndirən prezident Ərdoğan CHP lideri Kamal Kılıçdaroğludan danışıb.

Reyting.az
xəbər verir ki, o, seçkidəki əsas rəqibi Kılıçdaroğlunun "Prezident seçiləndən sonra HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşı da azad edəcəyəm. Bu ölkə azad olacaq, heç kim siyasi baxışlarına görə təqib olunmayacaq",- vədinə qəzəblənib:

"Bu Dəmirtaş Diyarbəkirdə atdığı addımla 51 vətəndaşımızın ölümünə səbəb olub. Bu, mənim kürd vətəndaşımın gözündən qaça bilər. Ancaq Bay Kamal bunu hans cəsarətlə deyir? Məhkəmə ona 5 il həbs cəzası verib. Sən necə məhkəmə qərarına müdaxilə edəcəksən?".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}