Amerikalı ekspert Gürcüstana buraxılmayacaq
Tarix: 06-04-2023 20:20 | Bölmə: Dünya
Amerikalı ekspert Gürcüstana buraxılmayacaq

Gürcüstan hakimiyyəti mart ayında keçirilən mitinqlərdə iştirak edən amerikalı ekspert Ceymson Marşal Kominsin ölkəyə girişini qadağan edib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.

Q. Liluaşvili deyib ki, amerikalı ekspertə qadağaya səbəb martın 7-8-də keçirilən aksiyalarda dağıdıcı qruplara təlim keçməsi, göstərişlər verməsidir.

Q. Liluaşvili bildirib ki, ABŞ-ın Gürcüstandakı səfirliyi insidentdən sonra Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamayıb, bu isə o deməkdir ki, Amerika tərəfi ölkəyə giriş qadağasının səbəbini yaxşı bilir.

Qeyd edək ki, martın 8-də Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı etiraz aksiyaları başlayıb. Martın 10-da Gürcüstan parlamenti qanunun qəbulunun əleyhinə səs verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}