İran və Fransa xarici işlər nazirləri Pekində görüşüblər
Tarix: 07-04-2023 16:44 | Bölmə: Dünya
İran və Fransa xarici işlər nazirləri Pekində görüşüblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və fransalı həmkarı Ketrin Kolonna iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin Çində eyni vaxtda olmasından istifadə edərək cümə axşamı Pekində görüşüblər.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, danışıqlar zamanı ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İran mediası yazır ki, tərəflər bəzi konsulluq məsələlərini də müzakirə edib və qarşılıqlı hörmət və birgə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}