Ukrayna 50 illik sanksiyalar tətbiqinə hazırlaşır
Tarix: 07-04-2023 23:39 | Bölmə: Dünya
Ukrayna 50 illik sanksiyalar tətbiqinə hazırlaşır

Ukrayna Nazirlər Kabineti Suriyaya qarşı 50 il müddətinə sanksiyaların tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bu barədə cümə günü Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

Nazirliyin mətbuat xidmətinin saytında Y. Sviridenkodan sitat da gətirilib:

“Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab – ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiqini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələrə dair məsələlər uzun müddət qapanacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}