Filippin və ABŞ ən böyük hərbi təlimlərini keçirir
Tarix: 10-04-2023 13:26 | Bölmə: Dünya
Filippin və ABŞ ən böyük hərbi təlimlərini keçirir

Filippin və ABŞ Çinin Tayvan boğazında hərbi fəallığı fonunda aprelin 11-də iki ölkə tarixində ən böyük birgə təlimini keçirəcək. Reyting.az xəbər verir ki, bu barədə bazar ertəsi “The Star” qəzeti məlumat yayıb.

Bildirilir ki, təlimlərə 17 mindən çox hərbçi cəlb olunacaq - 5 min filippinli, 12 min amerikalı və 111 avstraliyalı.

Qəzet qeyd edir ki, bu il iştirakçıların sayı keçən illə müqayisədə təxminən iki dəfə çoxdur. Həmçinin, məşqlər geniş ərazini əhatə edəcək.

ABŞ-Filipin manevrlərinin Çin manevrləri tamamlandıqdan sonra baş tutacağını bildirilir.

Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Döyüş Komandanlığı daha əvvəl elan etmişdi ki, ÇXR aprelin 8-10-da Tayvan boğazında, eləcə də adanın şimal, cənub və şərqindəki sularda təlimlər keçirir. Paralel olaraq Tayvan ətrafında patrullar həyata keçirilir.

Qeyd edək ki, bu ilin fevral ayında ABŞ və Filippin amerikalı hərbçilərin respublika ərazisindəki dörd yeni bazaya çıxış əldə etməsi barədə razılığa gəliblər. İki ölkə uzun illərdir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Buraya qarşılıqlı müdafiə müqaviləsi və ABŞ qoşunlarına mübahisəli sular da daxil olmaqla, beş Filippin bazasından keçməyə icazə verən 2014-cü il paktı daxildir. Paktın genişləndirilməsindən bəri ABŞ ümumilikdə ən azı doqquz hərbi bazaya çıxış əldə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}