14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukrayna İraqla ikitərəfli əməkdaşlığa hazırdır
Tarix: 10-04-2023 21:04 | Bölmə: Dünya
Ukrayna İraqla ikitərəfli əməkdaşlığa hazırdır

Ukrayna prezidenti və İraqın baş naziri bütün mövcud qarşılıqlı fəaliyyət mexanizmlərini işə salmaq və yeni mexanizmlərə başlamaq barədə razılığa gəliblər.

Reyting.az
-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski “Twitter”də yazıb ki, bu gün İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın yeni səhifəsinə hazır olduğunu bildirib:

“Biz bütün mövcud qarşılıqlı fəaliyyət mexanizmlərini işə salmaq və yeni mexanizmlərə başlamaq barədə razılığa gəldik".

Ukrayna prezidenti və İraqın baş naziri Ukraynanın sülh düsturunu da müzakirə ediblər.

Onun sözlərinə görə, formulun 10 bəndinin hər biri aydın şəkildə işlənib:

radiasiya və nüvə təhlükəsizliyi;

ərzaq təhlükəsizliyi;

enerji təhlükəsizliyi;

bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi;

BMT Nizamnaməsinin həyata keçirilməsi, Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası;

rus qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması;

ədalətin qaytarılması;

ekosidlə mübarizə;

eskalasiyanın qarşısını almaq;

müharibənin sonunu təyin etmək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}