14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Minlərlə yəhudi köçkünü etiraz yürüşü keçirib - Fotolar
Tarix: 11-04-2023 08:27 | Bölmə: Dünya
Minlərlə yəhudi köçkünü etiraz yürüşü keçirib

Minlərlə israilli İordan çayının qərb sahilindəki keçmiş yəhudi Evyatar qəsəbəsinə qarşı etiraz yürüşündə iştirak edib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, iki il əvvəl zastava qanunsuz elan edilib və köçürülüb. İndi etirazçılar bunun leqallaşdırılmasında və köçkünlərin geri qaytarılmasında israrlıdırlar.

İsrail mediası bu yürüşü "tarixin ən sağçı" adlandırılan hazırkı İsrail hökumətinin kursunun əksi hesab edir.

Yürüşdə yeddi kabinet naziri və Knesset üzvlərinin də iştirak etdiyi bildirilir.
Bütün marşrut boyu aksiya iştirakçılarını minlərlə əsgər və polis qoruyub.



Regionda vəziyyət çox gərgin olaraq qalır.

Xatırladaq ki, bazar ertəsi İsrail əsgərləri Yerixoda əməliyyat zamanı bir fələstinli yeniyetməni güllələyiblər.

Vəziyyət ötən həftə Məbəd dağında baş verən münaqişədən sonra daha da gərginləşib. Daha sonra İsrail polisi Əl-Əqsa məscidinə basqın edib, nəticədə yüzlərlə insan saxlanılıb, onlarla insan yaralanıb.

İsrail hüquq-mühafizə orqanları öz hərəkətlərini bununla izah ediblər ki, həm müsəlmanların, həm də yəhudilərin dini bayramları qeyd etdiyi, radikalların məsciddə barrikada qurduğu bir vaxtda təhlükəsizliyin təmin edilməsi zəruridir.

İsraillilər artıq məscidin ərazisində yeni addımlar atmayıblar, lakin Qüdsdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}