18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazir: "Putin bizm ölkəyə səfər etsə, həbs olunacaq”
Tarix: 11-04-2023 15:40 | Bölmə: Dünya
Nazir: "Putin bizm ölkəyə səfər etsə, həbs olunacaq”

“Rusiya prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”.

Bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib.

O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya prezidenti Vladimir Putin Avstriya torpağına ayaq basarsa, həbs edilməlidir”.

Qeyd edək ki, bu il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V. Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqa Məhkəməsinə raket zərbəsi endirməklə hədələyib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər