18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Pentaqonun məxfi sənədlərini sızdıran 21 yaşlı şəxs həbs edilib - Fotolar
Tarix: 14-04-2023 10:12 | Bölmə: Dünya
Pentaqonun məxfi sənədlərini sızdıran 21 yaşlı şəxs həbs edilib

Keçən həftə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internetə sızdırılan məxfi sənədləri Rusiya ilə müharibə aparan Ukraynanın müdafiəsində potensial təhlükəsizlik zəifliklərini ortaya çıxarmaqla yanaşı Türkiyə, İsrail, Misir və Cənubi Koreya kimi ABŞ-ın müttəfiqləri ilə bağlı da bəzi sirlərin üstünü açıb.

Reyting.az
xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin araşdırmalardan sonra Pentaqona məxsus məxfi sənədləri və yazışmaları 21 yaşlı Cek Teyşeyranın sızdırdığı üzə çıxıb.

Bildirilir ki, o, “Thug Shaker Central” onlayn qrupunda əsasən 20-30 yaş arası müxtəlif ölkələrdən olan 25 fəal üzvü ilə məxfi sənədləri paylaşıb.

Hesabata görə, federal müstəntiqlər müəyyən ediblər ki, C. Teyşeyra aylar əvvəldən söhbət qrupunun platformasına yüzlərlə səhifəlik kəşfiyyat brifinqləri yükləyib və üzvlərinə dünyada baş verən hadisələrdən xəbərdar olmağın vacibliyi haqqında mühazirələr oxuyub.

“Bu gün Ədliyyə Departamenti ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının əməkdaşı C. Teyşeyranı milli müdafiə məxfi məlumatlarının icazəsiz çıxarılması və ötürülməsi ilə bağlı istintaqla əlaqədar həbs edib”, - Baş prokuror Merrik Qarland bildirib.

Federal Təhqiqat Bürosu (FTB) və asayiş keşikçiləri tərəfindən həyata keçirilən həbsin “insidentsiz” nəticələndiyini bildirən Qarland işə Massaçusets Rayon Məhkəməsində baxılacağını bildirib.

Qarland FTB-yə, Ədliyyə Departamentinin prokurorlarına və Müdafiə Nazirliyinə “iş üzərində çalışdıqlarına görə” təşəkkür edərək, istintaqın davam etdiyini diqqətə çatdırıb.

Britaniya mətbuatı yazır ki, Teyşeyranı Massaçusets ştatının Dighton şəhərindəki evində həbs ediblər.

Xidmət qeydlərinə görə, C. Teyşeyra Massaçusetsdəki Otis Milli Mühafizə Bazasında komissar kimi xidmət edirmiş. Bildirilir ki, 2019-cu ildə Milli Hava Qvardiyasına qoşulan C. Teyşeyra “Kiber Nəqliyyat Sistemləri Mütəxəssisi” və ya İT üzrə mütəxəssisdir.




ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər