18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ Ermənistan şirkətinə ixrac məhdudiyyəti qoyub
Tarix: 14-04-2023 19:03 | Bölmə: Dünya
ABŞ Ermənistan şirkətinə ixrac məhdudiyyəti qoyub
ABŞ Ticarət Nazirliyi 10 ölkədən 28 hüquqi şəxsə, o cümlədən Ermənistanda qeydiyyatdan keçmiş bir şirkətə ixrac məhdudiyyəti tətbiq edib.

Reyting.az
xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatına görə, sanksiya tətbiq edilən şirkətin hüquqi adı Yerevanın Qaregin Njde küçəsində qeydiyyatda olan “Tako” MMC-dir.

“Tako” MMC və digər 27 şirkət sanksiyalar altında olan Rusiya şirkətlərinə mal tədarükünü davam etdirdiyi üçün sanksiya siyahısına daxil edilib.

“Tako” MMC Rusiyanın “Radioavtomatika” şirkətinin tərəfdaşıdır və sonuncuya maliyyə dəstəyi verir.

Onu da qeyd edək ki, daha əvvəl (ötən ilin noyabrında) Rusiyanın “Milandr” şirkətinin Ermənistandakı törəmə müəssisəsi olan “Milur Electronics” MMC də ABŞ-ın sanksiya siyahısına daxil edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər