Yaponiyanın baş nazirini öldürmək istəyiblər - Foto
Tarix: 15-04-2023 13:56 | Bölmə: Dünya
Yaponiyanın baş nazirini öldürmək istəyiblər

Yaponiyanın baş naziri Kişida hakim Liberal Demokrat Partiyası (LDP) namizədinin yerli şuralara növbədənkənar seçki kampaniyası üçün getdiyi Vakayamada sui-qəsd cəhdi ilə üzləşib.

Reyting.az
xəbər verir ki, Kişida yerli vaxtla saat 11:30 radələrində bölgədəki Saikazaki Balıqçılıq Limanı yaxınlığında LDP-nin namizədi ilə görüşərək kampaniya prosesini müzakirə edib.

Baş nazirin çıxışından bir qədər əvvəl onun yerində partlayış səsi eşidilib. Şübhəli şəxs mühafizəçilər tərəfindən yaxalanıb. Kişida xəsarət almadan hadisə yerindən uzaqlaşdırılıb.



Yerli media yazır ki, partlayışın səsi Kişidanın olduğu yerdən eşidilib.

Qeyd edək ki, keçən iyul ayında ölkənin keçmiş baş naziri Şinzo Abenin öldürülməsi şok effekti yaradıb. Sui-qəsddə hakim LDP-nin Ay təriqəti ilə əlaqəsinin rol oynadığı üzə çıxıb və baş nazir Kişida partiyasının bu təriqətlə əlaqələrini kəsəcəyinə söz verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}