18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ordu 163 nəfəri qətlə yetirib, çoxsaylı yaralı var
Tarix: 16-04-2023 00:08 | Bölmə: Dünya
Ordu 163 nəfəri qətlə yetirib, çoxsaylı yaralı var

Myanma ordusunun müxaliflətə qarşı hava hücumunda həyatını itirənlərin sayı 163 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə yerli media Saqainq bölgəsindəki Pa Zi Gyi qəsəbəsinin sakinlərinə istinadla məlumat yayıb.

Həyatını itirənlərin 78-i kişi, 22-si qadın, 23-ü uşaqdır. 35 nəfərin isə cinsiyyətini müəyyən etmək mümkün deyil.

Digər tərəfdən, hava hücumunda yaralanan 50 nəfərdən 5-nin müalicə olunduğu xəstəxanada vəfat etdiyi bildirilir.

Könüllülərin cəlb olunduğu axtarış-xilasetmə işləri uzandıqca ölənlərin sayının artacağı ehtimal edilir.

Beynəlxalq media hava hücumu zamanı yerli sakinlərlə yanaşı müxalifətdən 150 nəfərin öldüyünü yazır.

Qeyd olunur ki, Myanma ordusu hava hücumunu ətraf bölgələrdən çoxlu sayda insanın Pa Zi Gyidə Xalq Müdafiə Qüvvələri (PDF) Ofisinin açılışına qatıldığı gün həyata keçirib.

Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib. Ordu bir çox məmurları, hakim partiya liderlərini, xüsusən də ölkənin keçmiş de-fakto lideri və xarici işlər naziri Aunq San Suu Kyi həbs edərək ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Myanma ordusunun çevriliş əleyhinə nümayişçilərə və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində 1800-dən çox insan həyatını itirib. Çevrilişdən bu yana təxminən 13 min adam saxlanılıb, 10 mindən çox adam hələ də həbsdədir.

Siyasi Məhbuslar Xeyriyyə Təşkilatının məlumatına görə, çevrilişdən sonra Myanma hərbi məhkəmələri 2-si uşaq olmaqla 114 siyasi məhbus barəsində ölüm hökmü çıxarıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər